"Qarabağ"ın "Dandolk"la oyunlarının vaxtı açıqlanıb

"Qarabağ"ın "Dandolk"la oyunlarının vaxtı açıqlanıb “Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Dandolk” komandasına qarşı keçirəcəyi oyunların tarix və saatları açıqlanıb.
Futbol
513
18 İyul , 2019 11:48
Qarabağın Dandolkla oyunlarının vaxtı açıqlanıb

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Dandolk” komandasına qarşı keçirəcəyi oyunların tarix və saatları açıqlanıb.

“Report” Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, ilk matç iyulun 24-də Dandolk şəhərindəki “Oriel Park” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Cavab qarşılaşması isə iyulun 31-də Bakıda “Dalğa Arena”da olacaq. Matç saat 21:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” I mərhələdə Albaniya çempionu “Partizani”ni, “Dandolk” isə Latviyanın “Riqa” kollektivini mübarizədən kənarlaşdırıb.

Son xəbərlər

Orphus sistemi