"Qarabağ"ın Çexiyadakı oyununda anşlaq olacaq

"Qarabağ"ın Çexiyadakı oyununda anşlaq olacaq Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün satışa çıxarılmış əlavə biletlərin hamısı alınıb.
Futbol
20 Avqust , 2022 09:27
Qarabağın Çexiyadakı oyununda anşlaq olacaq

Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün satışa çıxarılmış əlavə biletlərin hamısı alınıb.

"Report" xəbər verir ki, satışa çıxarıldıqdan cəmi bir saat sonra kassada bilet qalmayıb. Bu isə o deməkdir ki, 11 700 tamaşaçı tutumuna malik olan Plzen Şəhər Stadionunda ("Dusan Arena") boş yer olmayacaq.

Ən ucuz biletin qiyməti 420 Çexiya kronu (təxminən 30 manat), ən bahalı biletlər isə 890 Çexiya kronudur (təxminən 62 manat).

Qeyd edək ki, avqustun 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk matçda qolsuz heç-heçə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi