"Qarabağ"ın baş məşqçisi: "Rüstəm Əhmədzadənin böyük potensialı var"

"Qarabağ"ın baş məşqçisi: "Rüstəm Əhmədzadənin böyük potensialı var" "Hər zaman daha gənc futbolçulara üstünlük vermişik. "Hər hansı perspektivli oyunçunu əldə etmək şansımız varsa, bundan maksimum istifadə etməyə çalışırıq. Əlimizə belə bir şans düşdü. Millidəki və Ukraynadakı oyunlarını izlədik. Böyük potensialı var. Amm
Futbol
13 Dekabr , 2021 14:23
Qarabağın baş məşqçisi: Rüstəm Əhmədzadənin böyük potensialı var
Qurban Qurbanov

"Hər zaman daha gənc futbolçulara üstünlük vermişik. Hər hansı perspektivli oyunçunu əldə etmək şansımız varsa, bundan maksimum istifadə etməyə çalışırıq".

Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin və Ukrayna "Minay"ının futbolçusu Rüstəm Əhmədzadənin Ağdam təmsilçisinə keçidi barədə danışarkən deyib.

49 yaşlı mütəxəssis bildirib ki, 20 yaşlı hücumçunun həm yığmadakı, həm də Ukraynadakı oyunlarını izləyib: "Böyük potensialı var. Amma o demək deyil ki, Əhmədzadəni komandaya götürməklə bütün işimiz düzəldi. Belə potensiallı uşaqların bacarığını üzə çıxarmağı çox istərdim. Açığı, hələ rəsmi müqavilə imzalanmayıb. Klubu ilə razılıq əldə olunub. Özü ilə danışıqlar davam edir. Hər şey qaydasında olduğu halda bir neçə günə rəsmiləşə bilər. Hər şey özündən asılı olacaq. Komandaya qoşulduqdan sonra onu daha yaxından tanıyacağam".

Qurbanov qış transfer pəncərəsində komandaya yeni oyunçuların qoşula biləcəyini istisna etməyib: "Yeni transferlər gözlənilir. Qış fasiləsi ən çətin dönəmdir. Ötən yaydan danışıqlar apardığımız oyunçular var".

Son xəbərlər

Orphus sistemi