"Qarabağ" 10-cu böyük hesablı qələbəsini qazanıb

"Qarabağ" 10-cu böyük hesablı qələbəsini qazanıb “Qarabağ” 2021/22 mövsümündə 10-cu dəfə böyük hesabla qələbə qazanıb.
Futbol
128
13 May , 2022 10:27
Qarabağ 10-cu böyük hesablı qələbəsini qazanıb

“Qarabağ” 2021/22 mövsümündə 10-cu dəfə böyük hesabla qələbə qazanıb.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, bu, XVI turdan təxirə salınan “Sumqayıt”la matçda gerçəkləşib. 5:0 hesabı ilə qalib gələn kollektiv əvvəlki 25 matçda 9 dəfə üç və ya daha çox top fərqilə üstün olub.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda Premyer Liqadakı bütün rəqibləri ilə görüşlərdə belə qələbə əldə edib. “Qarabağ” “Neftçi” (4:0), “Zirə” (3:0), “Qəbələ” (5:1), “Sabah” (5:1) və “Şamaxı”nı (8:0) bir, “Səbail”i (3:0, 5:1) iki, “Sumqayıt”ı (4:0, 3:0, 5:0) üç dəfə böyük hesabla üstələyib.

Bu, son 8 mövsümün rekord göstəricisidir. Daha çox böyükhesablı qələbəyə sonuncu dəfə 2013/2014 mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ” 11 belə nəticəyə imza atıb.

Son xəbərlər

Orphus sistemi