“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki son iki ev oyununun biletləri satışa çıxarılıb

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki son iki ev oyununun biletləri satışa çıxarılıb Bakı. 8 oktyabr. REPORT.AZ/ “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində keçirəcəyi son iki ev oyunun biletləri satışa çıxarılıb.
Futbol
8 Oktyabr , 2018 14:44
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki son iki ev oyununun biletləri satışa çıxarılıb
0 : 00
0 : 00

Bakı. 8 oktyabr. REPORT.AZ/ “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində keçirəcəyi son iki ev oyunun biletləri satışa çıxarılıb.

"Report" xəbər verir ki, Ukraynanın “Vorskla” klubu ilə matçın biletlərinin qiymətləri müvafiq sektorlara görə 2, 4, 8, 10 və 50 (VİP) manat arasında dəyişir.

Portuqaliya “Sportinq”i ilə matçın biletləri isə 2, 5, 10, 15 və 50 (VİP) manatadır. 

Azarkeşlər biletləri “Qarabağ” FK (Fan-Şop), Gənclik Mall, 28 Mall, ASAN Xidmət (1,2, 3, 4 və Sumqayıt), iticket satış məntəqələri və iticket.az saytından əldə edə bilərlər. 

Qeyd edək ki, "Qarabağ" - "Vorskla" matçı oktyabrın 25-də, "Qarabağ - "Sportinq" görüşü isə noyabrın 29-da keçiriləcək. Hər iki qarşılaşma saat 20:55-də başlayacaq. 

Xatırladaq ki, Avropa Liqasının qrup mərhələsində keçirilmiş "Qarabağ" - "Arsenal" oyununda 55 mindən artıq bilet satılmışdı.

Son xəbərlər

Orphus sistemi