Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb, "Qarabağ"ın rəqibləri müəyyənləşib - YENİLƏNİB-2

Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb, "Qarabağ"ın rəqibləri müəyyənləşib - YENİLƏNİB-2 UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.
Futbol
30 Avqust , 2019 15:45
Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb, Qarabağın rəqibləri müəyyənləşib - YENİLƏNİB-2

UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

"Report" xəbər verir ki, Monakoda baş tutan tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın rəqibləri müəyyənləşib. Ağdam təmsilçisi "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj" (Lüksemburq) komandaları ilə birgə A qrupuna düşüb.

A qrupu: "Sevilya" (İspaniya), APOEL (Kipr), "Qarabağ" (AZƏRBAYCAN), "Düdelanj" (Lüksemburq)

B qrupu: "Dinamo" (Kiyev, Ukrayna), "Kopenhagen" (Danimarka), "Malmö" (İsveç), "Luqano" (İsveçrə)

C qrupu: "Bazel" (İsveçrə), "Krasnodar" (Rusiya), "Xetafe" (İspaniya), "Trabzonspor" (Türkiyə)

D qrupu: "Sportinq" (Portuqaliya), PSV (Hollandiya), "Rusenborq" (Norveç), LASK (Avstriya) 

E qrupu: "Latsio" (İtaliya), "Seltik" (Şotlandiya), "Renn" (Fransa), ÇFR (Kluj, Rumıniya)

F qrupu: "Arsenal" (İngiltərə), "Ayntraxt" (Frankfurt, Almaniya), "Standard" (Lyej, Belçika), "Vitoriya" (Gimaraynş, Portuqaliya)

G qrupu: "Portu" (Portuqaliya), "Yanq Boyz" (İsveçrə), "Feyenoord" (Hollandiya), "Reyncers" (Şotlandiya)

H qrupu: MOİK (Moskva, Rusiya), "Lüdoqorets" (Bolqarıstan), "Espanyol" (İspaniya), "Ferentsvaroş" (Macarıstan)

I qrupu: "Gent" (Belçika), "Volfsburq" (Almaniya), "Sent-Etyen" (Fransa), "Aleksandriya" (Ukrayna)

J qrupu: "Roma" (İtaliya), "Borussiya" (Mönxenqladbax, Almaniya), "İstanbul Başakşehir" (Türkiyə), "Volfsberq" (Avstriya),

K qrupu: "Beşiktaş" (Türkiyə), "Braqa" (Portuqaliya), "Vulverhempton" (İngiltərə), "Slovan" (Bratislava, Slovakiya) 

L qrupu: "Mançester Yunayted" (İngiltərə), "Astana" (Qazaxıstan), "Partizan" (Serbiya), AZ (Alkmaar, Hollandiya),

Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək. "Qarabağ" cari avrokubok mövsümündə, Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində məhz APOEL-i keçə bilməyib (2:1, 0:2). "Düdelanj"ı isə 2016/2017 mövsümündə ÇL-in II təsnifat mərhələsində mübarizədən kənarlaşdırıb (2:0, 1:1).

Son xəbərlər

Orphus sistemi