"Qarabağ"ın avrokuboklardakı potensial rəqibləri müəyyənləşəcək

"Qarabağ"ın avrokuboklardakı potensial rəqibləri müəyyənləşəcək Bu gün UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə vəsiqə qazanacaq bütün komandalar müəyyənləşəcək.
Futbol
13 Avqust , 2019 06:18
Qarabağın avrokuboklardakı potensial rəqibləri müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə vəsiqə qazanacaq bütün komandalar müəyyənləşəcək.

"Report" xəbər verir ki, "Qarabağ" - APOEL oyunu ilə yanaşı, III raundun daha 9 cavab matçı keçiriləcək. Həmçinin Avropa Liqasında da eyni mərhələnin 3 görüşü baş tutacaq. Ağdam təmsilçisinin ÇL-in pley-offundakı potensial rəqibləri "Ayaks" və PAOK bu dəfə Hollandiyada üz-üzə gələcəklər. Ötən həftə Yunanıstandakı dueldə 2:2 hesablı heç-heçə qeydə alınıb.

Bu gün Qurban Qurbanvun baş məşqçisi olduğu kollektivin Avropa Liqasındakı potensial rəqibləri də qarşılaşacaq. Ağdam klubu APOEL səddini aşa bilməsə, Avropa Liqasının pley-offunda "Sutyeska" (Monteneqro) - "Linfild" (Şimali İrlandiya) duelinin güclüsü ilə qüvvəsini sınayacaq. İlk matçda Şimali İrlandiya təmsilçisi rəqibini səfərdə məğlub edib – 2:1.

LASK (Avsrtriya) - "Bazel" (İsveçrə) oyununu isə Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunları

20:30. "Qarabağ" (Azərbaycan) - APOEL (Kipr)

İlk oyun - 2:1

21:00. "Rusenborq" (Norveç) - "Maribor" (Sloveniya)

İlk oyun - 3:1

21:30. "Dinamo" (Ukrayna, Kiyev) - "Brügge" (Belçika)

İlk oyun - 0:1

22:00. "Kopenhagen" (Danimarka) - "Srvena Zvezda" (Serbiya)

İlk oyun - 1:1

22:00. "Ferentsvaroş" (Macarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya)

İlk oyun - 1:1

22:30. LASK (Avsrtriya) - "Bazel" (İsveçrə)

İlk oyun - 2:1

22:30. "Olimpiakos" (Yunanıstan) - "Başakşehir" (Türkiyə)

İlk oyun - 1:0

22:30. "Ayaks" (Hollandiya) - PAOK (Yunanıstan)

İlk oyun - 2:2

22:45. "Seltik" (Şotlandiya) - ÇFR (Rumıniya)

İlk oyun - 1:1

23:00. "Portu" (Portuqaliya) - "Krasnodar" (Rusiya)

İlk oyun - 1:0

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunları

20:00. "Nomme Kalyu" (Estoniya) - "Düdelanj" (Lüksemburq)

İlk oyun - 1:3

22:45. "Linfild" (Şimali İrlandiya) - "Sutyeska" (Monteneqro)

İlk oyun - 2:1

23:00. "Dandolk"(İrlandiya) - "Slovan" (Slovakiya)

İlk oyun - 0:1

Son xəbərlər

Orphus sistemi