​"Qarabağ" dünyanın 100 ən yaxşı klubu siyahısına düşüb

​"Qarabağ" dünyanın 100 ən yaxşı klubu siyahısına düşüb IFFHS 2014-cü ilin yekunu üzrə klubların reytinq siyahısını açıqlayıb
Futbol
14 Yanvar , 2015 05:17
​Qarabağ dünyanın 100 ən yaxşı klubu siyahısına düşüb

Bakı. 14 yanvar. REPORT.AZ/ Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) öz rəsmi saytında 2014-cü ilin yekunlarına əsasən klubların reytinq siyahısını dərc edib.

"Report" xəbər verir ki, dünyanın 100 ən yaxşı klubu siyahısına Azərbaycanın "Qarabağ" klubunun da adı düşüb.

Ağdam klubu 138 xal ilə siyahının 78-ci pilləsində qərarlaşıb.

Keçmiş SSRİ ölkələrindən ilk yüzlüyə Rusiyanın üç klubu - "Krasnodar" (42), "Dinamo" (Moskva) (49) və "Zenit" (51), Ukraynanın "Dinamo" (Kiyev), "Şaxtyor" və "Dnepr" kollektivləri və Belarusun "Dinamo" (Minsk) klubu düşə bilib.

Keçmiş SSRİ üzrə reytinq cədvəli:

42. "Krasnodar" (Rusiya) - 161

49. "Dinamo" M (Rusiya) - 159

51. "Zenit" (Rusiya) - 157

52. "Dinamo" K (Ukrayna) - 156,5

78. "Qarabağ" (Azərbaycan) - 138

79. "Şaxtyor" (Ukrayna) - 137,5

89. "Dinamo" Mn (Belarus) - 132

89. "Dnepr" (Ukrayna) - 132

Siyahıya 381 xalla Madridin "Real" klubu başçılıq edir.

IFFHS reytinqi üzrə Top-20:

1. "Real" (İspaniya) – 381 xal

2. "Bavariya" (Almaniya) – 376

3. "Atletiko" Madrid (İspaniya) – 267

4. "Barselona" (İspaniya) – 251

5. "Atletiko" Nasyonal (Kolumbiya) – 249,5

6. "Yuventus" (İtaliya) – 245

7. "Arsenal" (İngiltərə) –233

7. "Napoli" (İtaliya) – 233

9. "River Pleyt" (Argentina) – 228

9. "Zalsburq" (Avstriya) – 228

11. "Çelsi" (İngiltərə) – 228

12. "Benfika" (Portuqaliya) – 227

13. "PSJ" (Fransa) – 223,5

14. "Kruzeyro" (Braziliya) – 219

15. "Portu" (Portuqaliya) – 217,5

16. "Atletiko Mineyro" (Braziliya) – 208

17. "Styaua" (Rumıniya) – 205

18. "San Lorenso" (Argentina) – 204

19. "Sparta" (Çexiya) – 202,5

20. "Sevilya" (İspaniya) – 202

Son xəbərlər

Orphus sistemi