"Qarabağ" - "İnter" matçının hakimləri açıqlanıb

"Qarabağ" - "İnter" matçının hakimləri açıqlanıb Oyunu çexiyalı hakimlər briqadası idarə edəcək
Futbol
8 Dekabr , 2014 15:29
Qarabağ - İnter matçının hakimləri açıqlanıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının qrup mərhələsində Azərbaycanın "Qarabağ" və İtaliyanın "İnter" komandaları arasında keçiriləcək VI tur matçının hakimləri açıqlanıb. "Report"un məlumatına görə, dekabrın 11-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya çexiyalı hakimlər briqadası təyinat alıb. 

Referi Miroslav Zelinkaya, Ondrjey Pelikan və İrji Molaçek yan xətt, Petr Ardeleanu və Jan Jilek əlavə köməkçi, Antonin Kordula isə dördüncü hakim qismində yardımçı olacaq. Uelsli Raymond Ellingem hakim-inspektor, moldovalı Gennadi Skurtul isə UEFA nümayəndəsi kimi Bakıya gələcək. 

Qeyd edək ki, oyun saat 21:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi