Bakı. 8 dekabr. REPORT.AZ/Futbol üzrə Avropa Liqasının VI turunda Azərbaycanın "Qarabağ" və İtaliyanın "İnter" komandaları arasında keçiriləcək oyunun biletləri satışa çıxarılıb. "Report"un məlumatına görə, qrup mərəhələsinin son tur matçına biletlər yalnız Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.
Qiymətlər isə sektorlara uyğun olaraq 1 manatdan 10 manatadək dəyişir.
Qeyd edək ki, dekabrın 11-də Respublika stadionunda baş tutacaq "Qarabağ" - "İnter" matçı saat 21:00-da başlanacaq.