"Qarabağ" - "İnter" matçının vaxtı açıqlanıb

"Qarabağ" - "İnter" matçının vaxtı açıqlanıb Bu, XX turun son görüşü olacaq
Futbol
21 Fevral , 2017 11:29
Qarabağ - İnter matçının vaxtı açıqlanıb

Bakı. 21 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun oyun cədvəli açıqlanıb. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, iki günü əhatə edəcək turun mərkəzi görüşü "Qarabağ"la "İnter" arasında keçiriləcək.

Bu, həm də turun son oyunu olacaq.

Azərbaycan Premyer Liqası, XX tur

27 fevral (bazar ertəsi)

15:30. AZAL – “Neftçi”

AZAL Arena, 15:30

18:00. “Zirə” – “Sumqayıt”

Zirə İdman Kompleksinin stadionu

28 fevral (çərşənbə axşamı)

15:00. “Kəpəz” – “Qəbələ”

Gəncə şəhər stadionu

17:30. “Qarabağ” – “İnter”

“Azersun Arena”

Qeyd edək ki, bütün oyunları “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

Son xəbərlər

Orphus sistemi