Asmir Beqoviç "Milan"ı iki oyunla tərk edir

Asmir Beqoviç "Milan"ı iki oyunla tərk edir İtaliyanın “Milan” klubunun qapıçı Asmir Beqoviçlə yollarını ayıracağı dəqiqləşib.
Futbol
22 Aprel , 2020 10:23
Asmir Beqoviç Milanı iki oyunla tərk edir

İtaliyanın “Milan” klubunun qapıçı Asmir Beqoviçlə yollarını ayıracağı dəqiqləşib.

“Report”un “Tuttosport”a istinadən verdiyi məlumata görə, 33 yaşlı qolkiperin yayda müqavilə ilə məxsus olduğu İngiltərə “Bornmut”una qayıdacağı dəqiqləşib. "Qırmızı-qaralar"ın heyətində icarədə olan digər oyunçular kimi, o da öz klubuna dönəcək. 

Bosniya və Herseqovina millisinin üzvü "Milan"ın əsas qapıçısı Canluici Donnarummanın zədələnməsindən sonra iki görüşdə iştirak edib. Lakin koronavirus pandemiyası səbəbindən A Seriyası dayandırıldıqdan sonra Donnarumma zədəsini bərpa edib. O, çempionatın bərpasından sonra yenidən əsas heyətdə yer alacaq. Beləliklə, Beqoviç "San-Siro" sərgüzəştlərini iki görüşlə başa vuracaq.

Qeyd edək ki, Asmir Beqoviç mövsümün ilk yarısında “Qarabağ”da çıxış edib. Təcrübəli oyunçunun Ağdam təmsilçisində qalmasına məhz "Milan"ın təklifi mane olub. Onun "Bornmut"la sözləşməsi 2021-ci ilin iyununadəkdir. 

Son xəbərlər

Orphus sistemi