"Qarabağ"dan Gerye və Romero açıqlaması

"Qarabağ"dan Gerye və Romero açıqlaması "Qarabağ"ın direktoru Emrah Çelikel ispaniyalı futbolçu Xayme Romeronun cərimələnərək əvəzedici komandaya göndərilməsi ilə bağlı yayılan xəbərə aydınlıq gətirib.
Futbol
27 Yanvar , 2021 13:09
Qarabağdan Gerye və Romero açıqlaması

"Qarabağ" klubu komandaya gec qoşulan haitili futbolçu Donald Geryeni cəzalandırıb.

Bu barədə "Report"a Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib.

Onun sözlərinə görə, qış toplanışında iştirak etməyən 32 yaşlı yarımmüdafiəçi cərimələnərək, əvəzedici komandaya göndərilib. Çelikel cərimənin məbləğini açıqlamayıb.

Klub rəsmisi ispaniyalı futbolçu Xayme Romeronun da məşqlərə can yandırmadığı üçün cərimələnərək əvəzedici komandaya göndərilməsi ilə bağlı yayılan xəbərə də aydınlıq gətirib. O, məlumatın həqiqəti əks etdirmədiyini bildirib.

Son xəbərlər

Orphus sistemi