"Qarabağ" fransalı futbolçu ilə 2 illik müqavilə imzalayıb

"Qarabağ" fransalı futbolçu ilə 2 illik müqavilə imzalayıb Bakı. 26 iyun. REPORT.AZ/ 2018/19-cu illər mövsümünün hazırlıqlarını davam etdirən “Qarabağ” klubu heyətini gücləndirməyə davam edir.
Futbol
26 İyun , 2018 16:45
Qarabağ fransalı futbolçu ilə 2 illik müqavilə imzalayıb
0 : 00
0 : 00

Bakı. 26 iyun. REPORT.AZ/ 2018/19-cu illər mövsümünün hazırlıqlarını davam etdirən “Qarabağ” klubu heyətini gücləndirməyə davam edir.

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi fransalı futbolçu Abdullah Zubiri heyətinə qatıb. Komanda 27 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalayıb.

Peşəkar karyerasına Fransada 2011-ci ildə “Qrenobl” klubunda başlayan Zubir bir mövsüm sonra eyni ölkənin “İstr” klubuna keçib. 2013/14-cü illər mövsümünün ikinci yarısında icarə əsasında Şotlandiyanın “Hibernian” klubunda çıxış edib, daha sonra yenidən müqaviləylə məxsus olduğu “İstr” klubuna qayıdıb. 2015/16-ci illər mövsümündə Rumıniyanın “Petrolul” klubuna transfer olunub.

Daha sonra Fransanın “Lans” klubuna keçən fransalı yarımmüdafiəçi son iki mövsümü burada keçirib. 27 yaşlı transferimiz “Lans” formasıyla meydanda olduğu 70 oyunda 6 qol və 12 məhsuldar ötürməylə yadda qalıb. 

Son xəbərlər

Orphus sistemi