"Qarabağ" Fransa klubunun hücumçusu ilə danışıqlar aparır

"Qarabağ" Fransa klubunun hücumçusu ilə danışıqlar aparır "Qarabağ" Fransanın "Red Star" klubunda icarə əsasında çıxış edən kot d İvuarlı futbolçu Mussa Quellə maraqlanır.
Futbol
15 Mart , 2022 23:41
Qarabağ Fransa klubunun hücumçusu ilə danışıqlar aparır

"Qarabağ" Fransanın "Red Star" klubunda icarə əsasında çıxış edən kot d İvuarlı futbolçu Mussa Quellə maraqlanır.

"Report"un məlumatına görə, "köhlən atlar" 23 yaşlı hücumçunun çıxışını yaxından izləyir.

Müqavilə ilə "Valensyen"ə məxsus olan forvard bu mövsüm 23 oyunda 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

İddiaya görə, danışıqlar müsbət nəticələnəcəyi halda, gənc oyunçu Ağdam klubuna keçəcək.

Qeyd edək ki, Mussa Quel daha əvvəl Fransanın "Loryen" və "Keviyi Ruan" komandalarında da çıxış edib.

Son xəbərlər

Orphus sistemi