"Qarabağ" Avropa Liqasında ən çox qayda pozuntusuna məruz qalan ikinci komandadır

"Qarabağ" Avropa Liqasında ən çox qayda pozuntusuna məruz qalan ikinci komandadır UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.
Futbol
104
29 Noyabr , 2019 10:25
Qarabağ Avropa Liqasında ən çox qayda pozuntusuna məruz qalan ikinci komandadır

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi "Qarabağ" turnirdə ən çox qayda pozuntusuna məruz qalan ikinci komandadır.

Ağdam klubunun futbolçularına qarşı beş oyununda 82 dəfə qayda pozulub.

Türkiyənin "Trabzonspor" komandasının oyunçuları 84 dəfə kobudluğa məruz qalıb. İlk üçlüyü isə Fransa "Renn"i (81) qapayır.

"Qarabağ" 63 dəfə rəqib oyunçulara qarşı kobudluq ediblər. Qurban Qurbanovun rəhbərlik etdiyi kollek bu göstəricidə 30-cu sıradadır. 

Qeyd edək ki, V turda İspaniyada "Sevilya"ya uduzan "Qarabağ" 1/16 final mərhələsinə yüksəlmək şansını itirib. 

Son xəbərlər

Orphus sistemi