Futbol üzrə Azərbaycan Premyer Liqasında V turdan təxirə salınmış oyun keçirilib.
"Report"un məlumatına görə, "Qarabağ" "Azərsun Arena"da "Səbail"i qəbul edib.
Qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində 18-ci dəqiqədə Ovusu Kvabena, 25-ci və 90+1-ci dəqiqədə Mahir Emreli, 85-ci dəqiqədə isə Patrik Andrade fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran "Qarabağ" liderliyə yüksəlib. "Səbail" isə 13 xalla 6-8-ci yerləri bölüşdürür.
Qeyd edək ki, bugünkü matçda 10-cu qolunu vuran Mahir Emreli bombardirlərin siyahısında ilk sıranı ələ keçirib. Onu 8 qolla "Neftçi"dən Namik Ələsgərov izləyir.