Azərbaycan klublarından "Başakşehir"ə dəstək

Azərbaycan klublarından "Başakşehir"ə dəstək "Qarabağ" UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Fransada PSJ ilə oyunda irqçiliyə məruz qalmış "Başakşehir" klubunun məşqçisi Pyer Veboya dəstək olub.
Futbol
9 Dekabr , 2020 01:32
Azərbaycan klublarından Başakşehirə dəstək

"Qarabağ", "Neftçi", "Qəbələ" və "Zirə" klubları UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Fransada PSJ ilə oyunda irqçiliyə məruz qalmış "Başakşehir" klubunun məşqçisi Pyer Veboya dəstək olub.

"Report"un məlumatına görə, Ağdam təmsilçisi bununla bağlı feysbuk səhifəsində Kevin Medina və Donald Geryenin birgə fotosunu paylaşıb. Fotonun üzərində "Gülüşünüzdən başqa rəng yoxdur" sözləri yazılıb.

Digər 3 klub isə feysbuk hesabından "İrqçiliyə yox" şüarını paylaşıb.

Qeyd edək ki, PSJ - "Başakşehir" oyunu 4-cü hakim Sebastian Koltseskunun qonaq komandanın məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədən etibarən yarımçıq dayandırılıb. Matçın qaldığı yerdən davam etdiriləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi