"Qarabağ"dan ayrılan hücumçu Türkiyə klubuna keçdi

"Qarabağ"dan ayrılan hücumçu Türkiyə klubuna keçdi 2019/2020 mövsümünün sonunda "Qarabağ"dan ayrılan Maqaye Qeyenin yeni klubu müəyyənləşib.
Futbol
5 Sentyabr , 2020 12:25
Qarabağdan ayrılan hücumçu Türkiyə klubuna keçdi

2019/2020 mövsümünün sonunda "Qarabağ"dan ayrılan Maqaye Qeyenin yeni klubu müəyyənləşib.

"Report" "Ajanspor"a istinadən xəbər verir ki, Seneqal əsilli fransalı hücumçu karyerasını Türkiyədə davam etdirəcək.

30 yaşlı forvard 2015 - 2018-ci illərdə də çıxış etdiyi "Adanaspor"la anlaşıb. Birinci liqa təmsilçisinin tezliklə bu transferi açıqlayacağı gözlənilir.

Qeyd edək ki, ötən mövsüm "Qarabağ"ın formasını geyinmiş M.Qeye meydana çıxdığı 28 oyunda 8 qol vurub.

Son xəbərlər

Orphus sistemi