"Qarabağ"dan ayrılan futbolçu "Neftçi"yə keçib

"Qarabağ"dan ayrılan futbolçu "Neftçi"yə keçib Bakı. 3 yanvar. REPORT.AZ/ “Neftçi” klubu növbəti transferini reallaşdırıb.
Futbol
144
3 Yanvar , 2019 15:18
Qarabağdan ayrılan futbolçu Neftçiyə keçib

Bakı. 3 yanvar. REPORT.AZ/ “Neftçi” klubu növbəti transferini reallaşdırıb.

“Report” paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın U-19 yığmasının futbolçusu Turan Vəlizadə ilə 3 illik müqavilə bağlanılıb. 18 yaşlı mərkəz yarımmüdafiəçisi “Neftçi”nin heyətində 33 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Vəlizadənin son klubu “Qarabağ” olub.

Son xəbərlər

Orphus sistemi