"Qarabağ"dan ayrılan futbolçu Bundesliqa klubundan da göndərilir

"Qarabağ"dan ayrılan futbolçu Bundesliqa klubundan da göndərilir Almaniyanın "Ştutqart" klubu futbolçusu Aylton Silva ilə vidalaşmağa hazırlaşır.
Futbol
489
6 Avqust , 2020 09:26
Qarabağdan ayrılan futbolçu Bundesliqa klubundan da göndərilir
Ailton Silva

Almaniyanın "Ştutqart" klubu futbolçusu Ailton Silva ilə vidalaşmağa hazırlaşır.

"Report" "Kicker" nəşrinə istinadən xəbər verir ki, braziliyalı müdafiəçiyə özünə yeni klub tapması tapşırılıb.

Bundesliqaya yenicə vəsiqə qazanmış komandanın sol cinahında rəqabət yüksək olduğundan, 25 yaşlı oyunçunun meydana çıxma şansı aşağı qiymətləndirilir.

Ailtonla Yunanıstanın "Aris" klubu yaxından maraqlanır.

Qeyd edək ki, daha əvvəl Azərbaycanda "Neftçi"nin də formasını geyinmiş Ailton Silva 2019/2020 mövsümünü icarə əsasında "Qarabağ"da keçirib.

Son xəbərlər

Orphus sistemi