“Qarabağ” daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb

“Qarabağ” daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb İspaniyalı Migel Madeyra növbəti iki mövsümdə də Ağdam komandasında çıxış edəcək
Futbol
9 İyun , 2017 15:46
“Qarabağ” daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb

Bakı. 9 iyun. REPORT.AZ/ “Qarabağ” komandası daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb. “Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi Migel Madeyra ilə əməkdaşlığı davam etdirməyə qərar verib.

2015-ci ilin yayında “Qarabağ”a transfer olunan ispaniyalı yarımmüdafiəçi iki illik müqaviləyə qol çəkib.

Migel Madeyra Azərbaycan çempionunun heyətində 71 oyuna ( 49 Premyer Liqa, 10 Azərbaycan kuboku və 12 avrokubok) 15 qol ( 8 Premyer Liqa, 5 ölkə kuboku və 2 avrokubok) vurub.

Qeyd edək ki, “Qarabağ” bir müddət əvvəl Qara Qarayev, Əfran İsmayılov və Ansi Aqolli ilə yeni müqavilə imzalamışdı.

Son xəbərlər

Orphus sistemi