"Qarabağ" daha bir futbolçu ilə yollarını ayırdı

"Qarabağ" daha bir futbolçu ilə yollarını ayırdı Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün qalibi olan "Qarabağ" klubu daha bir futbolçusu ilə vidalaşıb.
Futbol
20 İyul , 2020 14:04
Qarabağ daha bir futbolçu ilə yollarını ayırdı
Araz Abdullayev

Azərbaycan Premyer Liqasında 2019/2020  mövsümünün qalibi olan "Qarabağ" klubu daha bir futbolçusu ilə vidalaşıb. 

"Report" Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, müqaviləsi başa çatan Araz Abdullayevlə yeni sözləşmə imzalanmayıb. 

Qeyd edək ki, Araz Abdullayev müqavilə ilə Yunanıstanın “Panionis” klubuna məxsus olub. "Qarabağ" 2018-ci ildə 28 yaşlı yarımmüdafiəçini icarəyə götürüb. Abdullayevin Yunanıstan təmsilçisi ilə də sözləşməsi bitib. 

"Qarabağ" daha əvvəl Nicat Mehbalıyev, Ailton Silva, Maqaye Qeye, Vaqner da Silva, Faysal Rerras, Nicat Süleymanov və Miçellə də yollarını ayırıb. Rəşad Sadıqov isə karyerasını başa vurub və "Zirə"nin baş məşqçisi olub. 

Son xəbərlər

Orphus sistemi