"Qarabağ" Çexiya komandasına məğlub olub

"Qarabağ" Çexiya komandasına məğlub olub Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışda olan Qarabağ növbəti yoxlama oyununu keçirib.
Futbol
25 Yanvar , 2020 14:18
Qarabağ Çexiya komandasına məğlub olub

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışda olan "Qarabağ" növbəti yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Çexiya "Siqma"sı ilə üz-üzə gəlib. Qarşılaşma Ağdam təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. 

Rəqib 23-cü dəqiqədə hesabı açıb. Birinci hissədə başqa qol vurulmayıb. 59-cu dəqiqədə Qurban Qurbanovun oğlu Musa Qurbanlı bərabərlik qoluna imza atıb. İki dəqiqə sonra isə Çexiya klubu yenidən önə keçib. "Siqma" matçın sonlarında daha bir qol vura bilib. 

Qeyd edək ki, "Qarabağ" qonşu ölkədəki ilk sınağında Rumıniyanın "Akademika Klinçeni" klubu ilə bərabərə qalıb - 2:2. "Köhlən atlar" daha sonra Qazaxıstan təmsilçisi "Jetisu"nu minimal hesabla üstələyib - 1:0. Komanda bu gün Bakı vaxtı ilə saat 18:30-da Polşanın "Vİsla" (Plok) klubuyla üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi