"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq Bakı. 7 avqust. REPORT.AZ/Bu gün Qarabağ komandası UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində ilk oyununu keçirəcək.
Futbol
7 Avqust , 2018 07:10
Qarabağ Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq

Bakı. 7 avqust. REPORT.AZ/Bu gün "Qarabağ" komandası UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində ilk oyununu keçirəcək.

“Report”un məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Belarusun BATE komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək.

Ağdam təmsilçisi bunadək Sloveniyanın “Olimpiya” və Albaniya “Kukesi”sini mübarizədən kənarlaşdırıbsa, BATE Finlandiyanın HİK kollektivindən üstün olub.

Qeyd edək ki, “Qarabağ” - BATE cütünün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırarsa, Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

7 avqust

21:00. “Qarabağ” (Azərbaycan) - BATE (Belarus)

Hakimlər: Andreas Ekberq, Mehmet Kulum, Stefan Hallberq, Kristofer Karlsson (hamısı İsveç)

Hakim-inspektor: Robert Sedlaçek (Avstriya)

UEFA nümayəndəsi: Oljas Abrayev (Qazaxıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Son xəbərlər

Orphus sistemi