Bakı. 18 iyul. REPORT.AZ/ "Qarabağ" UEFA Çempionlar Liqasında Sloveniya "Olimpiya"sı ilə I təsnifat mərhələsinin cavab matçına çıxıb.
"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun qolsuz bərabərliklə yekunlaşıb.
Səfərdə baş tutan ilk görüşdə 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi II təsnifat mərhələsinə vəsiqə qazanıb. Qeyd edək ki, “Qarabağ” növbəti raunda Albaniyanın “Kukesi” komandası ilə qarşılaşacaq.
Foto: Firi Səlim















