"Qarabağ" braziliyalı hücumçuya təklif göndərib

"Qarabağ" braziliyalı hücumçuya təklif göndərib Portuqaliyanın "Şaveş" klubunun futbolçusu Juninyo Pereyra karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbol
31 Avqust , 2021 18:44
Qarabağ braziliyalı hücumçuya təklif göndərib

Portuqaliyanın "Şaveş" klubunun futbolçusu Juninyo Viyeyra karyerasını Azərbaycanda davam etdirə bilər.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, "Qarabağ" braziliyalı hücumçunun xidmətində maraqlıdır.

Ağdam klubu 25 yaşlı forvardın keçidi ilə bağlı II liqa təmsilçisinə təklif göndərib. "Şaveş"in oyunçunu 1 milyon avro təzminat məbləği qarşılığında buraxa biləcəyi vurğulanıb.

Qeyd edək ki, ölkəsinin "Atletiko Paranaense" klubunun yetirməsi olan Juninyo Viyeyra ötən mövsüm "Şaveş"in heyətində 11 oyuna 4 qol vurub.

Son xəbərlər

Orphus sistemi