"Qarabağ" braziliyalı futbolçuya təklif göndərdi

"Qarabağ" braziliyalı futbolçuya təklif göndərdi Birləşmiş Ərəb Əmirliklərinin "Xor Fakkan" klubunda çıxış edən braziliyalı futbolçu Bruno Lamas Azərbaycan təmsilçisinin maraq dairəsinə düşüb.
Futbol
6 Oktyabr , 2020 12:59
Qarabağ braziliyalı futbolçuya təklif göndərdi

Birləşmiş Ərəb Əmirliklərinin "Xor Fakkan" klubunda çıxış edən braziliyalı futbolçu Bruno Lamas Azərbaycan təmsilçisinin maraq dairəsinə düşüb. 

"Report"un məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi "Vavel" nəşrinə açıqlamasında "Qarabağ"dan təklif aldığını bildirib. 

Lamas Ağdam təmsilçisi ilə yanaşı ölkəsinin "Fluminense", "Vasko da Qama" və digər ölkələrin klublarının da onunla maraqlandıqlarını söyləyib. Daha əvvəl Portuqaliyanın "Leyşoynş" və "Santa Klara" komandalarında oynayan futbolçu gələcəkdə Avropaya qayıda biləcəyini də istisna etməyib. 

Qeyd edək ki, Bruno Lamasın klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq. 

Son xəbərlər

Orphus sistemi