“Qarabağ” klubu yeni futbolçu transferini həyata keçirib.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı Julio Romao ilə 4 illik müqavilə bağlanılıb. 24 yaşlı yarımmüdafiəçi yeni komandasında 6 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Julio Romao peşəkar futbolçu kimi 2020-ci ildən Portuqaliyanın “Santa Klara” klubunda çıxış edib. O, 20 oyunda çıxış edib. Daha əvvəl isə Romao Braziliyanın Paranaense" və “Ponte Preta” komandalarının formasını geyinib.
