"Qarabağ" "Bazel"lə oyundan əvvəl məşqə çıxıb

"Qarabağ" "Bazel"lə oyundan əvvəl məşqə çıxıb "Qarabağ" komandası Bakıda İsveçrə "Bazel"inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunu öncəsi məşqə çıxıb.
Futbol
15 Sentyabr , 2021 18:08
Qarabağ Bazellə oyundan əvvəl məşqə çıxıb

"Qarabağ" komandası Bakıda İsveçrə "Bazel"inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunu öncəsi son məşqinə çıxıb.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda (BOS) gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Məşqdə zədəli Bədavi Hüseynov ə Elvin Cəfərquliyev iştirak etməyib. Zədəsini yenicə sağaldan Rahil Məmmədov isə fərdi məşqlə kifayətlənib.

Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" qarşılaşması saat 20:45-də başlayacaq.

Foto: Ehtiram Cəbi

Son xəbərlər

Orphus sistemi