"Qarabağ" - BATE matçının hakimləri açıqlanıb

"Qarabağ" - BATE matçının hakimləri açıqlanıb Matç saat 21:00-da başlanacaq
Futbol
4 Avqust , 2018 09:16
Qarabağ - BATE matçının hakimləri açıqlanıb

Bakı. 4 avqust. REPORT.AZ/ "Qarabağ" klubunun Çempionlar Liqasında Belarus BATE-si ilə keçirəcəyi III təsnifat mərhələsinin ilk oyunu üçün bütün təyinatlar açıqlanıb.

"Report"un məlumatına görə, avqustun 7-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma isveçli hakimlər briqadasına tapşırılıb. Baş hakim Andreas Ekberqə Mehmet Kulum və Stefan Hallberq yan xətt, Kristofer Karlsson dördüncü hakim kimi kömək edəcək. Avstriyalı Robert Sedlaçek hakim-inspektor, qazaxıstanlı Oljas Abrayev UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, matç saat 21:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi