"Qarabağ" Türkiyədən itki ilə qayıtdı

"Qarabağ" Türkiyədən itki ilə qayıtdı UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Türkiyədə İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə 1:1 hesabı ilə heç-heçə edən "Qarabağ"a Bakıya qayıdıb.
Futbol
4 Dekabr , 2020 16:04
Qarabağ Türkiyədən itki ilə qayıtdı

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Türkiyədə İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə 1:1 hesabı ilə heç-heçə edən "Qarabağ"a Bakıya qayıdıb.

"Report"un məlumatına görə, Ağdam təmsilçisinin bir futbolçusu İstanbul şəhərində qalıb.

Test nəticəsi müsbət çıxan Abbas Hüseynov müalicəsini qonşu ölkədə davam etdirəcək. "Qarabağ" klubu Azərbaycan Premyer Liqasının XII turunda "Qəbələ" ilə matçdan əvvəl bu gün koronavirus testi verəcək.

Qeyd edək ki, dekabrın 6-da keçiriləcək "Qarabağ" - "Qəbələ" matçı saat 14:00-da başlayacaq. XII turun digər 3 oyunu bəzi klubların heyətində 7 və daha çox oyunçunun koronavirusa yoluxması səbəbindən təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi