"Qarabağ" Azərbaycan millisinin hücumçusu ilə anlaşıb

"Qarabağ" Azərbaycan millisinin hücumçusu ilə anlaşıb Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadə Ukraynanın "Minay" klubundan ayrılır.
Futbol
13 Dekabr , 2021 10:05
Qarabağ Azərbaycan millisinin hücumçusu ilə anlaşıb
Rüstəm Əhmədzadə

Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadə Ukraynanın "Minay" klubundan ayrılır.

"Report" xəbər verir ki, bu barədə "Ua-football" nəşri məlumat yayıb.

21 yaşlı hücumçunun "Qarabağ"la anlaşdığı bildirilib. Əhmədzadə bu səbəbdən "Kolos"a səfərdə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XVIII oyununda iştirak etməyib. Onun klubla vidaşlaşdığı da vurğulanıb.

Qeyd edək ki, Rüstəm Əhmədzadə 2020-ci ilin iyulundan "Minay"da çıxış edir.

Son xəbərlər

Orphus sistemi