"Qarabağ" azarkeşləri "Sevilya" ilə oyunun biletini 35 avroya ala bilərlər

"Qarabağ" azarkeşləri "Sevilya" ilə oyunun biletini 35 avroya ala bilərlər UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində İspaniyada keçiriləcək Sevilya - Qarabağ matçının biletləri noyabrın 26-dan satışa çıxarılacaq.
Futbol
21 Noyabr , 2019 17:44
Qarabağ azarkeşləri Sevilya ilə oyunun biletini 35 avroya ala bilərlər

UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində İspaniyada keçiriləcək "Sevilya" - "Qarabağ" matçının biletləri noyabrın 26-dan satışa çıxarılacaq.

"Report" klubun Mətbuat xidmətinə əsasən xəbər verir ki, Ağdam təmsilçisinin azarkeşləri qiyməti 35 avro olan biletləri oyunun keçiriləcəyi "Ramon Sançes Pisxuan" stadionunun kassalarından ala bilərlər. Qonaq tərəfdarlar üçün S38 sektoru ayrılıb.

Qeyd edək ki, noyabrın 28-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi