"Qarabağ" Avstriyadakı ilk yoxlama matçında Bolqarıstan çempionu ilə heç-heçə edib

"Qarabağ" Avstriyadakı ilk yoxlama matçında Bolqarıstan çempionu ilə heç-heçə edib Bakı. 23 iyun. REPORT.AZ/ Avstriyada təlim-məşq toplanışında olan Qarabağ klubu bu gün ilk yoxlama matçına çıxıb.
Futbol
23 İyun , 2018 21:40
Qarabağ Avstriyadakı ilk yoxlama matçında Bolqarıstan çempionu ilə heç-heçə edib

Bakı. 23 iyun. REPORT.AZ/ Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu bu gün ilk yoxlama matçına çıxıb.

"Report"un məlumatına görə, rəqib Bolqarıstan "Ludoqorets"i olub. Kössen qəsəbəsində keçirilmiş qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 36-cı dəqiqədə Qara Qarayevin mərkəzdə yol verdiyi kobud səhvdən sonra "Ludoqorets"in futbolçusu Yakub Svierçok açıb. 53-cü dəqiqədə isə Dani Kintana bərabərlik qolunu vurub. Bununla da "Qarabağ" Avstriya toplanışına heç-heçə ilə başlayıb.

Qeyd edək ki, "Luqoqorets" son 7 mövsümdə Bolqarıstan çempionu olub. Razqrad şəhəri təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali İrlandiyanın "Kruzaders" komandası ilə üz-üzə gələcək. Ötən il "Ludoqorets" yay toplanışı zamanı "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib.

Yoxlama oyunu

19:30. "Qarabağ" - "Ludoqorets" - 1:1

Qollar: Dani Kintana, 53 - Yakub Şvierçok, 36

Mərkəzdə Qara Qarayevin kobud səhvindən sonra topu ələ keçirən Yakub Şvierçok təkbətəkdən hesabı açıb.

"Qarabağ"ın start heyəti: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 52. Yakub Jezniçak, 30. Abbas Hüseynov, 77. Donald Gerrye, 2. Qara Qarayev, 19. Filip Ozobiç, 8. Miçel, 91. Coşqun Diniyev, 99. Dani Kintana, 11. Mahir Mədətov

Son xəbərlər

Orphus sistemi