"Qarabağ" Avstriyada təlim-məşq toplanışına start verib

"Qarabağ" Avstriyada təlim-məşq toplanışına start verib Bakı. 21 iyun. REPORT.AZ/ Qarabağ klubu Avstriyada təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.
Futbol
21 İyun , 2018 19:47
Qarabağ Avstriyada təlim-məşq toplanışına start verib

Bakı. 21 iyun. REPORT.AZ/ "Qarabağ" klubu Avstriyada təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

"Report"un klubun Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ağdam klubunun ilk məşqi yerli vaxtla saat 12:30-da start götürüb. 

Futbolçular fitnes zalında yüngül hərəkətlərdən sonra meydanda hazırlıqları davam etdirib. İki qrup halında məşq edən kollektiv daha çox fiziki hazırlıqla kifayətlənib. Hazırlıq prosesi, təxminən, 1 saat 40 dəqiqə davam edib. Günün ikinci məşqi yerli vaxtla 18:30-da (Bakı vaxtı ilə 20:30) baş tutacaq.

Qeyd edək ki, "Qarabağ" Avstriyadakı toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdam klubu iyunun 23-də Bolqarıstanın "Ludoqorets", iyunun 26-da Avstriyanın "Vakker İnsbruk", iyunun 30-da Suriya milli komandası, iyulun 4-də isə Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi