"Qarabağ" Avropanın çempion klubları arasında ilk "5-liy"ə düşüb

"Qarabağ" Avropanın çempion klubları arasında ilk "5-liy"ə düşüb Avropa ölkələrində əsas rəqibindən daha çox xal toplayaraq çempion olan futbol klubları açıqlanıb.
Futbol
31 May , 2022 10:56
Qarabağ Avropanın çempion klubları arasında ilk 5-liyə düşüb

Avropa ölkələrində ən yaxın izləyicisindən daha çox fərqlə çempion olan futbol klubları açıqlanıb.

"Report" xəbər verir ki, "Sport-fm" nəşrinin araşdırmasına əsasən, ilk "5-lik"də Azərbaycan çempionu "Qarabağ" da yer alıb.

Mövsümü 69 xalla başa vuran və gümüş medalçı "Neftçi"ni 19 xal qabaqlayan "köhlən atlar" bu göstəriciyə görə Yunanıstan "Olimpiakos"u ilə birlikdə 4-5-ci yerləri bölüşdürür. Afina təmsilçisi 83, onun ən yaxın izləyicisi PAOK isə 64 xal toplayıb.

İlk pillədə Bosniya və Herseqovinanın "Zrinski" klubu yer alıb. 84 xala malik ölkə çempionu "Tuzla Siti"ni 27 xal qabaqlayıb.

İkinci sırada Avstriya "Zaltsburq"u (+25), üçüncü yerdə isə Bolqarıstan "Lüdoqorets"i (+21) qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi