"Qarabağ" avrokuboklarda yeni ilkə imza atıb

"Qarabağ" avrokuboklarda yeni ilkə imza atıb "Qarabağ" Azərbaycan futbolunda yeni nailiyyətə imza atıb.
Futbol
27 Avqust , 2021 00:36
Qarabağ avrokuboklarda yeni ilkə imza atıb

"Qarabağ" Azərbaycan futbolunda yeni nailiyyətə imza atıb.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv avrokuboklarda hər üç turnirin qrup mərhələsinə vəsiqə qazanan ilk klub kimi tarixə düşüb.

Daha əvvəl "köhlən atlar" 2017/2018 mövsümündə Çempionlar Liqasının, 2014/2015, 2015/2016, 2016/2017, 2018/2019, 2019/2020 və 2020/2021 mövsümlərində Avropa Liqasında qruplara yüksəlib. Bu dəfə isə "Qarabağ" cari mövsümdən keçirilməyə başlayan Konfrans Liqasında ilk cəhddəcə qrupa düşüb.

Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi "Neftçi" bu mövsüm avrokuboklarda hər üç turnirdən məğlubiyyətlə ayrılıb.

Son xəbərlər

Orphus sistemi