Dieqo Simeonenin rəhbərliyi dövründə "Atletiko" avrokuboklarda yalnız "Qarabağ"ı uda bilməyib

Dieqo Simeonenin rəhbərliyi dövründə "Atletiko" avrokuboklarda yalnız "Qarabağ"ı uda bilməyib Bakı. 15 yanvar. REPORT.AZ/ İspaniya Atletikosu baş məşqçi Dieqo Simeonenin rəhbərliyi dövründə əcnəbi komandalardan yalnız Qarabağı məğlub edə bilməyib.
Futbol
15 Yanvar , 2019 10:17
Dieqo Simeonenin rəhbərliyi dövründə Atletiko avrokuboklarda yalnız Qarabağı uda bilməyib

Bakı. 15 yanvar. REPORT.AZ/ İspaniya "Atletiko"su baş məşqçi Dieqo Simeonenin rəhbərliyi dövründə əcnəbi komandalardan yalnız "Qarabağ"ı məğlub edə bilməyib.

"Report"un məlumatına görə, bu barədə "90min.com"un hazırladığı yazıda bildirilir. Qeyd olunur ki, "Atletiko" fanatları üçün ötən mövsüm Çempionlar Liqasında (ÇL) daha çox "Qarabağ"la oyunlar yadda qalıb. Qrup mərhələsindəki hər iki matçda qalib gələ bilməyən (0:0, 1:1) Madrid təmsilçisi 3-cü yeri tutaraq, ÇL-dən kənarda qalıb. Yekunda isə bu komanda Avropa Liqasının qalibi olub.

Qeyd edək ki, Dieqo Simeonenin rəhbərliyi altında "Atletiko" cəmi 4 komandanı yenməyi bacarmayıb. Digər 3 klub İspaniya təmsilçiləri "Racing" (Santander), "Malyorka" və "Jirona"dır. Bunlardan ilk 2-si hazırda aşağı liqada mübarizə aparır. Sonuncusu ilə isə ilk dövrədəki səfər qarşılaşmasında 1:1 hesablı heç-heçə qeydə alınıb. "Jirona və "Atletiko" arasında İspaniya Kubokunun ilk 1/8 final matçı da eyni hesabla nəticələnib. Bu kollektivlər arasında cavab görüşü yanvarın 16-da Madriddə keçiriləcək. "Atletiko" sabahkı görüşdə qələbə qazansa, Simeonenin komandasına məğlub olmayanların sayı 3-ə enəcək.  

Son xəbərlər

Orphus sistemi