Bakı. 16 oktyabr. REPORT.AZ/ “Qarabağ” komandasının futbol üzrə Çempionlar Liqasınının II turu çərçivəsində İspaniya təmsilçisi “Atletiko”ya qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.
“Report” xəbər verir ki, oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı fransalı hakimlər birqadası idarə edəcək.
Baş hakim Ruddi Buke ikinci dəfə Bakıda fit çalacaq. 40 yaşlı referi daha əvvəl Azərbaycan milli komandasının 2016-cı il Avropa çempionatının seçmə mərhələsində Xorvatiya yığması ilə Bakı Olimpiya Stadionunda baş tutan görüşdə iş başında olub. Buke 3 sentyabr 2015-ci ildə keçirilən və 0:0 hesabı ilə nəticələnən matçda azərbaycanlı futbolçular - Kamran Ağayevlə Ruslan Qurbanovu, eləcə də “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevi sarı vərəqə ilə cəzalandırıb. O, Xorvatiyanın da eyni sayda oyunçusuna “sarı” göstərib.
Çempionlar Liqası
C qrupu, III tur
18 oktyabr
20:00. "Qarabağ" (Azərbaycan) - "Atletiko" (Madrid, İspaniya)
Baş hakim: Ruddi Buke
Yan xətt hakimləri: Giyom Debar, Fredérik Kano
Əlavə köməkçi hakimlər: Amori Deleru, Fransua Leteksyö
Dördüncü hakim: Bertran Juanno (hamısı Fransa)