"Qarabağ" - "Atletiko" matçı qrupda ən çox tamaşaçı toplayan qarşılaşma olub

"Qarabağ" - "Atletiko" matçı qrupda ən çox tamaşaçı toplayan qarşılaşma olub Bu göstəricidə birinci yeri "Real Madrid" - "Tottenhem" görüşü tutub
Futbol
221
19 Oktyabr , 2017 10:33
Qarabağ - Atletiko matçı qrupda ən çox tamaşaçı toplayan qarşılaşma olub
Report/ Firi Salim

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Qarabağ"ın İspaniya "Atletiko"su ilə keçirdiyi Çempionlar Liqasının qrup mərhələsinin III tur matçını 47923 tamaşaçı izləyib.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda təşkil olunmuş görüş C qrupunda turun ən yüksək göstəricisi olub. Ümumilikdə isə bu oyun 6-cı yerdə qərarlaşıb.

İngiltərənin paytaxtı Londondakı "Stemford Bric" stadionunda "Çelsi" ilə İtaliya "Roma"sı arasında oynanılmış qarşılaşmada tamaşaçı sayı 41105 nəfər olub. Matç 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Birinci yeri İspaniyanın paytaxtı Madriddəki "Santyaqo Bernabeu" stadionunda "Real Madrid"lə İngiltərə "Tottenhem"inin 1:1 hesablı heç-heçə etdiyi matç tutub. Oyuna 76589 nəfər baxıb.

Almaniyanın Münhen şəhərindəki "Alyans Arena" 70000 tamaşaçı ilə ikinci olub. Həmin stadionda "Bavariya" Şotlandiya "Seltik"inə 3:0 hesabı ilə qalib gəlib.

Portuqaliyanın paytaxtı Lissabondakı "Estadio da Luj"da "Benfika" ilə İngiltərə "Mançester Yunayted"inin üz-üzə gəldiyi matça 57684 nəfər baxıb. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.

55026 tamaşaçı "Kamp Nou"da İspaniya "Barselona"sının Yunanıstan "Olimpiakos"una 3:1 hesabı ilə qalib gəldiyi görüşü, 48520 nəfər İngiltərədə "Mançester Siti"nin İtaliya "Napoli"sini 2:1 hesabı ilə yendiyi matçı izləyib.

Ən az tamaşaçı isə Fransa "Monako"sunun Türkiyə "Beşiktaş"ına 1:2 hesabı ilə uduzduğu görüşə təsadüf edib - 7403 nəfər.

Qeyd edək ki, "Qarabağ" - "Atletiko" matçı turun qolsuz yekunlaşan yeganə qarşılaşması olub. 

Son xəbərlər

Orphus sistemi