"Qarabağ" - "Aşdod" matçının hakimləri açıqlandı

"Qarabağ" - "Aşdod" matçının hakimləri açıqlandı "Qarabağ"la İsrailin "Aşdod" komandası arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununa təyinatlar açıqlanıb.
Futbol
696
13 İyul , 2021 11:34
Qarabağ - Aşdod matçının hakimləri açıqlandı
Kşiştof Yakubik

"Qarabağ" və İsrail "Aşdod"u arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar açıqlanıb.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.

Matçın referisi Kşiştof Yakubikə yan xətt hakimləri Arkadiuş Vuyçik və Tomaş Nemirovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Pyotr Lasik yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Aşdod" oyunu saat 20:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra İsraildə olacaq.

Son xəbərlər

Orphus sistemi