"Qarabağ" - "Arsenal" oyununa 20 min bilet satılıb

"Qarabağ" - "Arsenal" oyununa 20 min bilet satılıb Bakı. 25 sentyabr. REPORT.AZ/ Avropa Liqasında “Qarabağ” və İngiltərənin ”Arsenal” komandaları arasında keçiriləcək II tur matçına indiyədək satılan bilet sayı açıqlanıb.
Futbol
1642
25 Sentyabr , 2018 15:01
Qarabağ - Arsenal oyununa 20 min bilet satılıb
0 : 00
0 : 00

Bakı. 25 sentyabr. REPORT.AZ/ Avropa Liqasında “Qarabağ” və İngiltərənin ”Arsenal” komandaları arasında keçiriləcək II tur matçına indiyədək satılan bilet sayı açıqlanıb.

“Report” Ağdam klubunun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, artıq 20 min bilet sahibini tapıb.

Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdır. Onları Qarabağ FK Fan-şop ("Park Bulvar"), İticket kassaları, Sumqayıt şəhəri ("ASAN Xidmət"), "28 Mall" və "Gənclik Mall"dan almaq mümkündür.

Qeyd edək ki, “Qarabağ” - ”Arsenal” oyunu oktyabrın 4-ü saat 20:55-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi