"Qarabağ" APOEL-in muzeyini ziyarət edən ilk xarici klub olub

"Qarabağ" APOEL-in muzeyini ziyarət edən ilk xarici klub olub Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda APOEL-in qonağı olacaq “Qarabağ” klubunun nümayəndə heyəti meydan sahiblərinin muzeyinə baş çəkiblər.
Futbol
7 Noyabr , 2019 15:59
Qarabağ APOEL-in muzeyini ziyarət edən ilk xarici klub olub

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda APOEL-in qonağı olacaq “Qarabağ” klubunun nümayəndə heyəti meydan sahiblərinin muzeyinə baş çəkiblər.

“Report” xəbər verir ki, Nikosiya klubunun prezidenti Prodromos Petrides Ağdam təmsilçisinin İdarə Heyətinin üzvü Fevzihan Aras, klubun direktoru Əmrah Çəlikəl, baş menecer Asif Əsgərov və mətbuat katibi Nurlan İbrahimov üçün ekskursiya təşkil edib.

Muzey yeni açıldığı üçün “Qarabağ” oranı ziyarət edən ilk xarici klub olub.

Qeyd edək ki, bu gün keçiriləcək APOEL – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi