"Qarabağ" afrikalı futbolçu ilə danışıqlar aparır

"Qarabağ" afrikalı futbolçu ilə danışıqlar aparır Bakı. 23 mart. REPORT.AZ/ Cənubi Afrika Respublikasının (CAR) Mamelodi Sandaunz klubunun futbolçusu Xama Billiatın meneceri futbolçunun Qarabağla danışıqlarının davam etdiyini bildirib.
Futbol
23 Mart , 2018 14:38
Qarabağ afrikalı futbolçu ilə danışıqlar aparır

Bakı. 23 mart. REPORT.AZ/ Cənubi Afrika Respublikasının (CAR) "Mamelodi Sandaunz" klubunun futbolçusu Xama Billiatın meneceri futbolçunun "Qarabağ"la danışıqlarının davam etdiyini bildirib.

"Report"un məlumatına görə, o, X.Billiatla ABŞ-ın "Los Angeles Qalaksi” klubunun da maraqlandığını qeyd edib.

"Bir neçə xarici klub Billiatla yaxından maraqlanır. Bu klublardan biri də ABŞ-ın "Los Angeles Qalaksi" komandasıdır. Billiat gələn il xaricdə oynayacaq. O, Cənubi Afrikada qalmayacaq. Futbolçu indi də "Qarabağ"ın gündəmindədir və danışıqlar da yaxşı keçir. Hücumçu, çox güman ki, "Qarabağ"da çıxış edəcək", - futbolçunun meneceri deyib.

Son xəbərlər

Orphus sistemi