"Qarabağ"ın qapıçısı: "Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir"

"Qarabağ"ın qapıçısı: "Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir" Komandama uyğunlaşmağım çətin olmadı. Hər zaman beynimdə mədəniyyətləri dəyişə və digər ölkənin adətlərinə uyğunlaşa bilməyəcəyimlə bağlı bir fikir var idi.
Futbol
9 Yanvar , 2020 10:41
Qarabağın qapıçısı: Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir

"Komandama uyğunlaşmağım çətin olmadı. Hər zaman beynimdə mədəniyyətləri dəyişə və digər ölkənin adətlərinə uyğunlaşa bilməyəcəyimlə bağlı bir fikir var idi". 

"Report"un məlumatına görə, bu sözləri "Qarabağ"ın qapıçısı Vaqner da Silva Braziliya mətbuatına açıqlamasında deyib. 33 yaşlı qokiper özü və ailəsinin Azərbaycana bağlandıqlarını bildirib: "Həyat yoldaşım da, qızım da bu ölkəni çox sevir. Bakı gözəl şəhərdir. Düzdür, ölkəni az adam tanıyır. Lakin Azərbaycan dünyanın ən təhlükəsiz məkanlarından biridir. Ora gedən hər bir əcnəbi vətəndaş özünü çox yaxşı hiss edir. Azərbaycan müsəlman ölkəsi olsa da, əhalisi digər yerlərdəki kimi sərt deyil". 

"Qarabağ"ı mütəşəkkil komanda kimi dəyərləndirən Vaqner klubun dürüst insanlar və fantastik heyətdən ibarət olduğunu söyləyib. O, Sloveniyada "Olimpiya" komandasına 1:0 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda debüt etdiyini xatırladıb: "Azərbaycan komandasındakı ilk matçıma böyük sürprizlə başladım. Komandaya gəldim və 4 gün sonra Çempionlar Liqasının təsnifat mərhələsinin oyununa çıxdım. Bu, karyeramdakı ən möhtəşəm hadisələrdən biri idi. Çünki belə təcrübəyə malik deyildim. Köhnə əlcək və köhnə buts ilə oynadım. Matç günü də yağış yağdı və biz qol buraxmadan qalib gəldik".

Qeyd edək ki, 33 yaşlı qolkiper 2018-ci ilin iyulunda "Qarabağ"a transfer olunub.

Son xəbərlər

Orphus sistemi