"Qarabağ"a texniki məğlubiyyət verilə bilər

"Qarabağ"a texniki məğlubiyyət verilə bilər Bakı. 20 oktyabr. REPORT.AZ/ Qarabağ klubuna Səbaillə keçirdiyi futbol üzrə Azərbaycan Premyer Liqasının VIII tur matçı ilə əlaqədar texniki məğlubiyyət verilə bilər
Futbol
20 Oktyabr , 2018 21:13
Qarabağa texniki məğlubiyyət verilə bilər

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Qarabağ" klubuna "Səbail"lə keçirdiyi futbol üzrə Azərbaycan Premyer Liqasının VIII tur matçı ilə əlaqədar texniki məğlubiyyət verilə bilər

"Report"un məlumatına görə, buna səbəb Ağdam komandasının oyun zamanı adı protokolda olmayan futbolçunu meydana buraxmasıdır. Peşəkar Futbol Liqasının rəsmi saytında dərc olunmuş oyunöncəsi heyətlərdə Abbas Hüseynovun adı göstərilməyib. Lakin baş məşqçi Qurban Qurbanov Hüseynovu ikinci hissədə kapitan Rəşad Sadıqovun əvəzinə meydana buraxıb.

Qeyd edək ki, görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatirladaq ki, AFFA İntizam Komitəsi bir neçə gün əvvəl "Səbail-2" komandasına texniki məğlubiyyət verib. Buna səbəb I Divizionun VI turunda səfərdə "Qarabağ-2" ilə matçda komandanın heyətində protokolda adı qeyd olunmayan futbolçunun iştirak etməsidir. Klub 800 manat məbləğində cərimə olunub.  

Son xəbərlər

Orphus sistemi