"Qarabağ"a qol vuran hücumçu sentyabrın ən yaxşı futbolçusu seçilib

"Qarabağ"a qol vuran hücumçu sentyabrın ən yaxşı futbolçusu seçilib Edin Ceko "Roma" azarkeşləri arasındakı sorğuya əsasən qalib olub
Futbol
4 Oktyabr , 2017 09:55
Qarabağa qol vuran hücumçu sentyabrın ən yaxşı futbolçusu seçilib
Getty Images

Bakı. 4 oktyabr. REPORT.AZ/ Futbol üzrə İtaliya “Roma”sının futbolçusu Edin Ceko sentyabr ayında komandanın ən yaxşı futbolçusu seçilib.

“Report” paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, bosniya və herseqovinalı hücumçu sentyabrın 27-də Bakıda "Qarabağ"ı 2:1 hesabı ilə yendikləri Çempionlar Liqasının II tur matçının 15-ci dəqiqəsində "Roma"nın ikinci topunun müəllifi olub. 31 yaşlı forvard ötən ay İtaliya A Seriyasında “Udineze”, “Verona” və “Benevento”nun da qapısına yol tapmaqla, ümumilkdə 6 qol vurub. O, azarkeşlər arasındakı səsvermədə Alison Beker, Aleksandr Kolarov və Stefan əl-Şaaravini qabaqlayıb.

Qeyd edək ki, 2015-ci ilin avqustunda “Mançester Siti”dən “Roma”ya keçən Edin Ceko paytaxt komandasının heyətində ümumilikdə 74 oyuna 44 qol vurub. 

Son xəbərlər

Orphus sistemi