Tərlan Əhmədov: "Qarabağ"a məğlubiyyətə görə futbolçularıma iradım yoxdur"

Tərlan Əhmədov: "Qarabağ"a məğlubiyyətə görə futbolçularıma iradım yoxdur" "Uşaqlara müdafiədə düzgün oyuna görə təşəkkür etdim"
Futbol
14 Mart , 2017 19:40
Tərlan Əhmədov: Qarabağa məğlubiyyətə görə futbolçularıma iradım yoxdur

Bakı. 14 mart. REPORT.AZ/ AZAL komandasının baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində səfərdə "Qarabağ"a 0:1 hesablı məğlubiyyəti şərh edib. 

"Report"un məlumatına görə, 46 yaşlı mütəxəssis qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Azərbaycan xalqını bayram münasibəti ilə təbrik edib: "Ruziniz bol olsun, küsülülər barışsın. Çalışdıq yaxşı oynayaq. Çəkinəcəyimiz, qorxacağımız bir şey yoxdu. Qol qarmaqarışıqlıqdan vuruldu. Məğlubiyyətə görə futbolçulara iradım yoxdur. Mübarizə apardılar. Düzdür, sürətli əks-hücumlar təşkil edə bilmədik. İkinci hissədə dəyişiklik etdim, alınmadı. Uşaqlara müdafiədə düzgün oyuna görə təşəkkür etdim".

T.Əhmədov "Sizin küsülü olduğunuz adam varmı" sualına cavab olaraq isə bildirib: "Küssəm, özümdən küsərəm. Elə bir adam yoxdur".

Son xəbərlər

Orphus sistemi