"Qarabağ" 2017-2018 mövsümündə Çempionlar Liqasının qrupunda qalıb

"Qarabağ" 2017-2018 mövsümündə Çempionlar Liqasının qrupunda qalıb Azərbaycan təmsilçisinin C qrupunu 4-cü pillədə başa vuracağı məlum olub
Futbol
747
23 Noyabr , 2017 01:42
Qarabağ 2017-2018 mövsümündə Çempionlar Liqasının qrupunda qalıb

Bakı. 23 noyabr. REPORT.AZ/ "Qarabağ" klubu avrokuboklarda növbəti mərhələyə yüksələ bilməyib.

"Report" xəbər verir ki, Azərbaycan təmsilçisinin C qrupunu 4-cü pillədə başa vuracağı məlum olub.

Bu, V turun hər iki oyunu yekunlaşdıqdan sonra dəqiqləşib. 2 xala malik "Qarabağ" evdə İngiltərənin "Çelsi" klubuna uduzduqdan sonra Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə şanslarını itirib. Qrupun digər matçında isə "Atletiko" İspaniyada İtaliya "Roma"sını 2:0 hesabı ilə yenərək, xallarını 6-ya çatdırıb.

Bu nəticələrdən sonra "Çelsi" 10 xalla qrup liderinə çevrilib və 1/8 finala vəsiqəni təmin edib. "Roma" 8 xalla 2-ci, "Atletiko" 6 xalla 3-cü pillədə qalıb.

Beləliklə, "Qarabağ" üçün dekabrın 5-də İtaliyada "Roma" ilə keçirəcəyi qrup mərhələsinin son tur matçı formallığa çevrilib. Çünki hətta qələbə belə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv dördüncü pillədən irəli getməyə imkan verməyəcək. Əvəzində "Roma" mütləq qalib gəlməlidir. Əks halda, son turun digər qarşılaşmasında "Atletiko" səfərdə "Çelsi"ni yensə, qrup ikincisi kimi, 1/8 finala digər vəsiqəyə sahib çıxacaq.

Son xəbərlər

Orphus sistemi